Yan 25, 2021 23:02 Asia/Baku
  • Niderlandda karantin etirazçılarına qarşı sərt basqın

Niderland polisi "Eyndhoven" şəhərində karantin etirazçıları ilə toqquşublar.

SəhərAzəri FARS xəbər agentliyinə istinadən xəbər verir ki, etirazçılar dünən axşam polisin hərəkətlərinə cavab olaraq, mağazaların şüşələrini qırıb, avtomobilləri yandırıb və talana əl atıblar.

Polis su şırnağından istifadə edərək, qəzəbli etirazçıları dağıtmağa çalışıb.

"Deutsche Welle" xəbər kanalının məlumatına görə, etiraz edən gənclər Niderlandın başqa bir şəhərində koronavirusun test mərkəzini yandırıblar.

Bütün Niderlandda karantin rejiminə qarşı etirazlar şənbə günündən etibarən başlayıb və bazar günü zorakılığa çevrilib.

Polis isə bu iki gündə 25 nəfərin saxlanıldığını bildirib. Niderlandda komendant saatı hər gecə saat 21:30-dan ertəsi gün saat 04:30-dək tətbiq olunur.

"Worldometer" informasiya portalının məlumatına görə, Niderlandda koronavirusun yayılmasından bəri 948 min 933 nəfər bu virusa yoluxub, 13 min 540 nəfər isə həyatını itirib.

Teqlər