Yan 26, 2021 23:03 Asia/Baku
  • Entoni Blinken ABŞ dövlət katibi oldu

ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.

SəhərAzəri xəbər verir, bu barədə ABŞ mediası məlumat yayıb.

Səsvermə canlı olaraq ABŞ qanunverici orqanının yuxarı palatasının rəsmi saytında yayımlanıb.

78 senator 58 yaşlı Blinkenin lehinə, 22 senator isə əleyhinə səs verib. Onun yaxın günlərdə and içəcəyi bildirilib.

Qeyd edək ki, Blinken bir müddət əvvəl bu vəzifəyə Bayden tərəfindən namizəd olaraq irəli sürülmüşdü.

Teqlər