ÜST: Avropanın 33 ölkəsində COVID –in “Britaniya” ştammı aşkarlanıb
https://azeri.sahartv.ir/news/dünya-i372640-Üst_avropanın_33_ölkəsində_covid_in_britaniya_ştammı_aşkarlanıb
Hazırda Avropanın 33 ölkəsində ilk dəfə Britaniyada meydana gəlmiş COVID ştammına yoluxma halları qeydə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2021 12:15 Asia/Baku
  • ÜST: Avropanın 33 ölkəsində COVID –in “Britaniya” ştammı aşkarlanıb

Hazırda Avropanın 33 ölkəsində ilk dəfə Britaniyada meydana gəlmiş COVID ştammına yoluxma halları qeydə alınıb.

SəhərAzəri xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klyuge Kopenhagendə keçirilən həftəlik virtual mətbuat konfransında bildirib. O qeyd edib ki, vaksinasiya ümidləri artırır, lakin koronavirusun mutasiyası bir sıra ölkələrdə və ərazilərdə xəstəliyin çoxalmasına səbəb olur.

ÜST nümayəndəsinin sözlərinə görə, vaksinlərin hazırlanması, istehsalı və ədalətli bölgüsü gözlənildiyi qədər sürətlə həll olunmur. Odur ki, epidemioloji standartlara əsaslanan karantin tədbirlərinin tətbiqi və tədricən ləğvi ən yaxşı variant olaraq qalır. “Biz keçmişin dərslərini unutmamalıyıq”, - deyə Hans Klyuge vurğulayıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, hazırda dünyada koronavirusa 102 milyon 104 mindən çox yoluxma qeydə alınıb, infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 202 min nəfəri ötüb.