Moskva icazəsiz aksiyaya hazırlaşır: metrolar bağlandı
https://azeri.sahartv.ir/news/dünya-i372680-moskva_icazəsiz_aksiyaya_hazırlaşır_metrolar_bağlandı
Moskvada yanvarın 31-də razılaşdırılmamış aksiyaların keçirilməsi çağırışlarına görə mərkəzdəki metro stansiyalar bağlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 30, 2021 08:08 Asia/Baku
  • Moskva icazəsiz aksiyaya hazırlaşır: metrolar bağlandı

Moskvada yanvarın 31-də razılaşdırılmamış aksiyaların keçirilməsi çağırışlarına görə mərkəzdəki metro stansiyalar bağlanacaq.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Naziliyi Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, saat 8:00-dan etibarən “Aleksandrovski sad”, “Kuznetski most”, "Lubyanka”, “Oxotnıy ryad”, “Teatralnaya”, “Ploşad Revolyutsii” və “Kitay-qorod” stansiyaları qapadılacaq. Məhdudiyyətlər xüsusi göstərişlərədək qüvvədə qalacaq.

Bundan əlavə, Moskva mərkəzində piyadaların hərəkəti də məhdudlaşdırılacaq.