Fev 01, 2021 10:13 Asia/Baku
  • Myanmada hərbi çevriliş baş verib; Ordu hakimiyyəti zəbt edib

Myanma ordusu bu gün səhər saatlarındakı hərbi çevrilişdən sonra, bir bəyanat yayaraq, bir il müddətinə bütün hökumət səlahiyyətlərini ələ keçirdiyini bildirirb.

SəhərAzəri xəbər verir, Myanma ordusu hakim partiyanın sədri "Aun San Su Çji"ni həbs edərək, bütün məhkəmə, icraedici və qanunvericilik səlahiyyətlərini ələ keçirib. 

Həmçinin, Myanma ordusu bu ölkədə fövqəladə vəziyyət elan edib və bütün həssas orqanları, o cümlədən milli televiziya və parlamenti nəzarətə götürüb.

Myanma ordusu bu həbslərin son seçkilərdə iddia etdiyi saxtakarlığa cavab olaraq, edildiyini bildirib.

Myanmanın hakim "Demokratiya Uğrunda Milli Liqa" partiyası noyabr ayında keçirilən parlament seçkilərində qalib gəldiyini iddia edib.

Myanmada parlament seçkiləri elə bir şəraitdə keçirilib ki, bu ölkənin hakim partiyası son beş ildə Raxin vilayətində müsəlman azlıqlara qarşı geniş qeyri-insani hərəkətlər edib.

Myanma ordusu bazar ertəsi günü fevralın 1-də bu ölkənin prezidenti "Vin Myin", hakim partiyanın sədri "Aun San Su Çji" və bir neçə digər rəsmini həbs edib.

 

 

 

Teqlər