Fev 05, 2021 11:26 Asia/Baku
  • ABŞ-ın sanksiyalar resursu tükəndi, özü tələyə düşdü

ABŞ Prezidenti Cozef Baydenin köməkçiləri dərk edirlər ki, Vaşinqtonun Rusiyaya qarşı birtərəfli yeni sanksiyalar tətbiq etməsi imkanları əhəmiyyətli səviyyədə tükənib.

SəhərAzəri  Axar-a istinadən xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb.

Məqalədə bildirilib ki, Bayden Rusiya və Myanmadakı hadisələrlə əlaqədar sanksiyalar tətbiq edəcəyini söyləyib, ancaq köməkçiləri ABŞ-ın Rusiya ilə bağlı bütün sanksiya resurslarını əhəmiyyətli dərəcədə xərclədiyini xatırladıblar:

“Son zamanlar Amerika sanksiyaları daha az təsir edir. ABŞ dəfələrlə Rusiya, Çin, İrana qarşı sanksiyalar tətbiq edib, amma bu ölkələrdə Vaşinqton arzuladığına nail olmayıb”.

Qəzetə açıqlama verən ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri İvo Daalder Vaşinqtonun istənilən problemə sanksiyalarla cavab verməklə tələyə düşdüyünü bildirib.

Teqlər