Lavrov: Nüvə anlaşmasını bərpa etmək üçün AB ilə həmkarlığa hazırıq
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Moskva nüvə anlaşmasını bərpa etmək üçün Avropa Birliyi ilə həmkarlığa hazırdır.
SəhərAzəri xəbər verir, Sergey Lavrov bu gün Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel ilə birgə mətbuat konfransında, sonra bildirib ki, nüvə anlaşması Amerikanın hərəkətlərinə görə, çətin vəziyyətdə qərar tapıb.
Belə bir halda, Röyters informasiya agentliyi bu gün Avropa və Qərb diplomatlarına istinadla yazıb: İngiltərə, Fransa və Almaniya təklif ediblər ki, İran iqtisadi məziyyətlərə malik olmaq qarşılığında nüvə anlaşmasına əməl etməyə geri dönsün.
Belə olan halda, Co Bayden hökumətinin rəsmiləri ötən günlərdə bildirdilər ki, Amerikanı nüvə anlaşmasına qaytarmaq istəyirlər.
Amerika 2018-ci ildə öz öhdəliklərini tapdayaraq, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənən bu anlaşmadan çıxdı.
Qeyd edək ki, Bayden hökuməti hələ bu qayıdış üçün öz mexanizmini elan etməyibdir.
Amerika hökuməti nüvə anlaşmasını pozaraq, ondan çıxan bir tərəf olsa da Bayden hökumətinin rəsmiləri üstüörtülü şəkildə deyirlər ki, onların nüvə anlaşmasına qayıtmaları İran İslam Respublikasının bu anlaşmadakı öhdəliklərini azaltmasını geriyə qaytarmasından asılıdır.
İran İslam Respublikası da bildiribdir ki, Amerikanın nüvə anlaşmasını pozduğuna və Tehranın addımlarının Vaşinqtonun bu anlaşmanı pozmasına reaksiyada atılmasına görə, İran tərəfindən hər hansı addım, sanksiyaların aradan qaldırılmasından sonra atılacaqdır.