Rusiyada neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib
https://azeri.sahartv.ir/news/dünya-i372942-rusiyada_neft_emalı_zavodunun_boru_xəttində_güclü_yanğın_baş_verib
Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2021 05:34 Asia/Baku
  • Rusiyada neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib

Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki. ilkin məlumata görə, yanğına boru daxilində təzyiqin yüksək olması səbəb olub. 

Şahidlərin dediyinə görə, yanğın, təxminən 10 metr hündürlüyə qalxıb. 

Əraziyə giriş-çıxış təcili olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.