Avropanın 117 yaşlı ən qoca sakini koronavirusdan sağaldı
Fransa və Avropanın ən qoca sakini, dünyada Lüsil Randon kimi tanınan rahibə Andre 117 yaşını qeyd etməsinə az qalmış koronavirusa yoluxub
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbə verir ki,bu barədə “Var-Matin” qəzeti bildirib.
Koronavirus diaqnozu uzunömürlü qadına yanvarın 16-da Tulondakı “Sainte Catherine Labouré” qocalar evində qoyulub.
Nəşrin qeyd etdiyi kimi, Andre əvvəlcə hətta virusa yoluxduğunu anlamayıb. Xəstəlik onda simptomsuz olub. Uzunömürlü qadın ən çox özünü təcridetmə rejimində yalqızlıqdan narahat olub və qocalar evinin nümayəndəsinə deyib ki, xəstəlikdən qorxmayıb. Ancaq başqa kirayənişinlər üçün çox narahatlıq keçirib.
Lüsil Randon 11 fevral 1904-cü il anadan olub. O, cavanlığında mürəbbiyə işləyib. 41 yaşında rahibə olub və Vişi şəhərində xəstəxanaya işə düzələrək yetimlərə və qocalara kömək etməyə başlayıb. 1979-cu ildə o monastıra xidmətə daxil olub, 2009-cu ildə Tulonda qocalar evində yaşamağa başlayıb. Randon Fransa və Avropanın ən qoca sakinidir. Onun yaşı sənədlərə əsaslanaraq təsdiq edilib.