Putin Qərbi söz azadlığına yanaşmada ikili standartlar tətbiq etməkdə qınayıb
"Avropa və Qərbin söz azadlığına yanaşmasındakı ikili standartlar son dönəmdə özünü daha aydın göstərir".
SəhərAzəri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, istər “qoca qitə”nin, istərsə də Qərbin Ukrayna və "Şimal axını" məsələlərindəki ikili standartları söz azadlığına yanaşmada da özünü biruzə verir:
" Bu alətlərdən geosiyasi məqsədlərə çatmaq üçün istifadə kimi... Nəyə görə hər məsələni "Şimal axını" layihəsinin üzərinə gətirməyə çalışırlar? Avropa özünün geosiyasi layihəsi olan Ukraynaya görə Rusiyanın ziyan çəkməsini istəyir. Biz bunu çoxdan anlayırıq".
Putinin fikrincə, dünyada çoxsaylı qaynar münaqişə nöqtəsi olduğu bir vaxtda Qərbin və Avropanın Ukrayna məsələsinə diqqət ayırması bu mövzunu qlobal problem olmaqdan çıxararaq, əslində, "qoca qitə”nin layihəsi olduğunu bir daha sübut edir.