Amerika xalqı Nyu-York polisinin zorakılığından hiddətlənib
Nyu-York polisinin bir metro stansiyasında qaradərili bir amerikalıya qarşı zorakılığı bir daha Amerika xalqının hiddətinə səbəb olub.
SəhərAzəri xəbər verir, Qaradərili amerikalı Aleks Lourinin metro stansiyasında Nyu-Yorkun polis qüvvələri tərəfindən amansızcasına döyülməsi barədəki yeni təsvirlər bir daha Amerika xalqının hiddətinə və bu ölkə polisinin zorakılığına qarşı tənqidlərə səbəb olub.
Nyu-York polis idarəsi etiraf edibdir ki, polis qüvvələrinin zorakı hərəkətləri, özlərini müdafiə etmək istiqamətində olub. Bu idarə iddia edibdir ki, bir qaradərili amerikalı onlara hücum edərək, polis qüvvələrinə zərər vurmaq niyyətində olubdur.
Belə bir halda, ABŞ polisinin afroamerikalılara qarşı zorakılığı, o sıradan Corc Floydun 2020-ci ilin mayında öldürülməsi barədəki təsvirlər bütün Amerikada polisin vəhşicəsinə davranışına və irqi ədalətsizliyə qarşı geniş nümayişlərlə nəticələnibdir.
Bütün Amerikadakı etirazlardan bir ilə yaxın bir vaxtın keçməsinə rəğmən, amerikalı qaradərililərin bu ölkə polisi tərəfindən qırğın edilmələri davam etməkdədir.a