Fev 21, 2021 07:48 Asia/Baku
  • Çinin qədim paytaxtında 3500 tarixi məqbərə tapılıb

Çinin qədim paytaxtında 3500 tarixi məqbərə aşkar edilib.

SəhərAzəri xəbər verir, Çində çıxan «Qlobal Tayms» qəzeti bir reportajda bu ölkənin şimal-qərbində yerləşən Şansi əyalətinin mərkəzi- Sian şəhərində «Syanyan» beynəlxalq hava limanının tikintisi gedişində 3500 iri qədim məqbərənin aşkar edildiyini bildirib.

«Qlobal Tayms» yazıb: Sian şəhərində «Syanyan» beynəlxalq hava limanı layihəsi üzrə aparılan tikintinin hüdudlarında müxtəlif növlərdən olan dörd min 600-dən çox qədim mədəniyyət abidəsi aşkar edilibdir ki, onlardan 3500 qədim məqbərə müxtəlif tarixi dövrlərdən qalıbdır.

Virtual mühitdə Çin vətəndaşlarının mübahisə və söhbət mövzusuna çevrilən bu tarixi kəşf Sian şəhərində «Syanyan» beynəlxalq hava limanının genişləndirilməsi layihəsinin üçüncü blokunun icrası zamanı baş veribdir.

Sian Çinin milli, mədəni və tarixi şəhərləri üzrə ilk qrupda yerləşir. Bu şəhər dünyanın dörd qədim paytaxtından biri sayılır.

Sian şəhəri min yüz ildən çox Çinin siyasi, iqtisadi və mədəni paytaxtı olubdur.

Teqlər