Myanmada aksiyalar bərpa olunub
İki nəfərin həyatına son qoyan Myanmadakı qanlı aksiyadan bir gün sonra minlərlə nəfər bir daha bir fevral hərbi çevrilişinə etiraz olaraq, nümayiş keçirib.
SəhərAzəri xəbər verir, Myanmanın iqtisadi paytaxtı və ən iri şəhəri olan Yanqunda minlərlə gənc bu gün səhər şəhərin mərkəzinə toplaşaraq, şüar veribdir.
Dünən iki aksiyaçının öldürüldüyü Myanmanın ikinci mühüm şəhəri olan Mandalayda da minlərlə nəfər dinc aksiya keçirib.
Həmçinin Myanmanın şimalında yerləşən Mitkina şəhərində əhali, etirazlarda ölənlərin xatirəsinə hörmət əlaməti olaraq, çiçək paylayıb.
Belə bir halda, Facebook, bu sosial şəbəkənin qaydalarını pozduğuna və zorakılığa təşviq etdiyinə görə, Myanma ordusunun əsas səhifəsini bağlayıbdır.
Myanma ordusu yeni seçkilər vəd və etirazçılara xəbərdarlıq etməsinə rəğmən, bu ölkənin lideri Aun San Su Çjinin həbs edilməsinə və hərbi hakim dairələrə etiraz olaraq keçirilən itaətsizlik hərəkatını və aksiyaları bu günədək dayandıra bilməyibdir.