Avropa İttifaqından Rusiyaya Navalnı sanksiyası
Avropa Birliyinin 27 ölkəsi Aleksey Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya tətbiqi barədə qərar qəbul edib.
SəhərAzəri xəbər verir, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel açıqlama verib.
Borel bildirib ki, Rusiya AB-dən uzaqlaşıb:
"Navalnının vəziyyəti ilə əlaqədar olaraq, onun həbsində və cəzalandırılmasında cavabden olan şəxslər daxil olmaqla, Rusiya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi üçün siyasi qərar verdik".
"Məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün Aİ-nin 2020-ci ilin dekabrında başlatdığı Qlobal İnsan Hüquqları Sanksiyalar Rejimini ilk dəfə tətbiq etdik. Sanksiyaların hazırlanması prosesi bu gündən etibarən başladı. Konkret təkliflər verildi və tədbirlərin bir həftə ərzində hazır olacağını gözləyirəm. Rusiyada siyasi və mədəni haqları, azadlığı müdafiə edənlərə dəstəyimiz davam edəcək", - deyə Borel bildirib.