Qrossi: "İrana qarşı sanksiyalar ləğv edilməzsə, bütün səylər məhv olacaq"
https://azeri.sahartv.ir/news/dünya-i373661-qrossi_İrana_qarşı_sanksiyalar_ləğv_edilməzsə_bütün_səylər_məhv_olacaq
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran İslam Respublikası tərəfindən əlavə protokolun icrasının dayandırılmasına reaksiyada deyib: "Sanksiyaların ləğvinə dair bir razılaşma əldə edilməzsə, hər şey məhv olacaq".
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 24, 2021 12:33 Asia/Baku
  • Qrossi:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran İslam Respublikası tərəfindən əlavə protokolun icrasının dayandırılmasına reaksiyada deyib: "Sanksiyaların ləğvinə dair bir razılaşma əldə edilməzsə, hər şey məhv olacaq".

SəhərAzəri xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib: "İranla son razılaşma əldə edilməsəydi, rəsmi Tehran geri dönməz addımlar ata bilərdi".

Qrossi əlavə edib: "Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla son razılaşması olmadan İranda aparılan yoxlamalar İranın bərpa olunmaz və ya geri dönməz addımlar ata bilməsi demək idi."

AEBA-nın baş direktoru əlavə edib: "Bu razılaşma bizə bu dövrdə baş verənlərin hamısını deyil, bütün əsas fəaliyyətləri izləməyə və qeyd etməyə imkan verir."

Rafael Qrossi sonra deyib: "Bu, siyasi və ya qanuni bir razılaşma deyil, bu rəsmi bir müqavilə deyil, bir anlaşmadır".