Fev 24, 2021 19:04 Asia/Baku
  • Almaniyada koronavirusun üçüncü dalğası təhlükəsi

Səhiyyə mütəxəssisləri və siyasi rəsmilər Almaniyada koronavirusun yeni mərhələyə daxil olacağını təxmin edirlər.

SəhərAzəri xəbər verir ki,Almaniyada bəziləri deyirlər ki, koronavirusun üçüncü dalğası təhlükəsi mövcuddur və məhdudiyyətlər aradan qaldırılmamalıdır.

Almaniya parlamentinin üzvü Karl Lavter Bax deyib: 

M.M: Biz növbəti həftələrdə yoluxma hallarının mütəmadi artacağını gözləyirik. Koronavirusun üçüncü dalğası riski mövcuddur və əgər məhdudiyyətlər aradan qaldırılarsa, vəziyyət daha da çətinləşəcəkdir.

Koronavirus məhdudiyyətləri və ümummilli tətillər artıq üçüncü aya keçib və Merkelə qarşı bir sıra tənqidlərin meydana gəlməsinə səbəb olub, o cümlədən bəzi mediaların dediyinə görə, tətillərin pik həddində belə koronavirusa yoluxma halları yenə də yüksək olub.

Almaniya, Britaniya variantının yayılmasının qarşısını almaq üçün bəzi sərhədlərini bağlayıb ki, bu da Avropa rəsmilərinin tənqidi ilə üzləşib.

Almaniyanın Avropa İttifaqı məsələləri üzrə müşaviri Mixail Rot deyib: 

M.M: Bizim, insanların sağlamlığı prioritet olduğu üçün yeni növ koronavirus qarşısında tədbir görmək öhdəliyimiz var.

Almaniyanın səhiyyə rəsmilərinin dediyinə görə, İngiltərənin mutasiyalı virusu hər iki həftədən bir iki qat artır.

Almaniya hökumətinin fövqəladə vəziyyətə və ümumölkə tətillərə təxminən 10 günədək son qoyacağı vədlərinə baxmayaraq, koronavirusun üçüncü dalğasının qorxusu, bəzi səhiyyə və müalicə sahəsi mütəxəssislərinin hökuməti bu qərarı ləğv etməyə çağırmasına səbəb olub.

Teqlər