Fev 27, 2021 08:15 Asia/Baku
  • Kox institutu: Koronavirusu məhv edə bilmirik

Almaniyada Robert Kox adına institutun direktoru deyib: Koronavirusu məhv edə bilmirik.

SəhərAzəri xəbər verir ki, Robert Kox adına institutun direktoru məsələyə belə aydınlıq gətirib: Koronavirusu məhv edə bilmirik, amma özümüzü bu virus qarşısında qoruya və onunla necə yaşamağı öyrənə bilərik.

Almaniyada hər yüz min nəfərdən koronavirusa yoluxan şəxslərlə bağlı göstərici bir daha artıbdır.

Robert Kox adına virusologiya institutu bu ölkədə həmin virusa daha on minə yaxın insanın yoluxduğunu bildirib.

Almaniyaya daxil olduğu gündən bəri koronavirusun yayılma göstəricisi iki milyon 424 min 684 hala çatıb.

Teqlər