Fev 28, 2021 09:45 Asia/Baku
  • Bayden Suriyaya hücumu əsaslandırmağa çalışıb

ABŞ prezidenti konqresə məktub göndərərək, İraqdakı amerikan qüvvələrə qarşı daha artıq hücumların qarşısını almaq bəhanəsilə Suriyanın şərqinə qarşı hücumu əsaslandırmağa çalışıb.

SəhərAzəri xəbər verir ki, Amerikalı qüvvələrin Baydenin birbaşa göstərişi ilə cümə günü səhərçağı müqavimət qruplarının bəzi mövqelərinə qarşı hava hücumundan sonra ABŞ prezidenti bazar günü səhər saatlarında bu ölkə konqresinin nümayəndə palatasının sədri Nensi Pelosiyə və senatın müvəqqəti sədri Patrik Lihiyə məktublar göndərib və iddia edibdir ki, onun Suriyanın şərqindəki hədəflərə qarşı hücumda məqsədi, sırf olaraq, amerikalı hərbçilərə və bu ölkənin İraqdakı müttəfiqlərinə qarşı hücumların davam etməsinin qarşısını almaq olubdur.

ABŞ qüvvələrinin hava hücumundan sonra bir çox müqavimət qrupu və müxtəlif orqanlar bu məsələyə reaksiya veriblər.

Bir Amerika hərbi təyyarəsi cümə günü səhər tezdən müqavimətin Suriya-İraq sərhədində yerləşən Əbu-Kəmal və Əlqaim bölgələri arasındakı mövqelərini hədəfə aldı. Bu hücumda bir nəfər şəhid oldu, dörd nəfər isə yaralandı.

Teqlər