Mart 01, 2021 08:56 Asia/Baku
  • Ağ Ev:

Ağ Evin sözçüsü Vaşinqtonun Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə vəliəhdinə qarşı addım atmağa qərarlı olduğunu bildirərək, ABŞ-ın Səudiyyə vəliəhdinə qarşı sanksiyalardan daha təsirli vasitələrə sahib olduğunu iddia edib.

SəhərAzəri xəbər verir ki, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin məlumatına görə, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Camal Qaşıqçının həbs edilməsi və ya öldürülməsi əməliyyatına göstəriş verib. 

ABŞ bu məlumatın yayılmasından sonra səudiyyəlilərdən 76 nəfərə qarşı sanksiya tətbiq edib, lakin Səudiyyə vəliəhdinə qarşı sanksiya tətbiq etməkdən imtina edib. Bu yanaşma sərt şəkildə tənqid olunub.

Ağ Evin mətbuat katibi Cen Psaki "CNN" xəbər kanalı ilə müsahibədə deyib: "Vaşinqtonun Camal Qaşıqçinin öldürülməsi kimi hadisələrin qarşısını almaq üçün başqa vasitələri var".

Psaki əlavə edib: "ABŞ, Camal Qaçıqşının öldürülməsində vəliəhdin iştirakı ilə bağlı Ərəbistanı cavabdeh etmək niyyətindədir, bu məsələ birbaşa hərəkəti ehtiva edir".

ABŞ prezidenti Co Bayden, Camal Qaşıqçının öldürülməsindəki roluna görə, Səudiyyə vəliəhdi Bin Salmanı cəzalandıracağı ilə bağlı sualın cavabında deyib: "Bazar ertəsi günü edəcəyimiz işlər barədə açıqlama verəcəyik".

Teqlər