Sanksiyalar Amerikanın Rusiyadan qorxduğunu göstərir
Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib: Amerika Rusiyadan qorxur və Moskvaya qarşı qanunsuz və birtərəfli sanksiyalar bu məsələni təsdiq edir.
SəhərAzəri xəbər verir, Mariya Zaxarova deyib: Amerika dövlət departamenti etiraf edibdir ki, onların «Şimal axını-2» qaz boru kəməri layihəsinə maraqsız olmalarının geopolitik dəlilləri var və Vaşinqton Rusiyanın Avropadakı nüfuzunun artmasından nigarandır.
Rusiya xarici işlər nazirliyinin sözçüsü sonra deyib: Bundan qabaq iddia edirdilər ki, söhbət Moskvanın qeyri-düzgün rəftarından, ətraf mühit və iqtisadi məsələlərdən gedir. Amma bu layihəyə qarşı sanksiyalar yalnız Rusiyadan qorxmağa görədir.
Rusiya xarici işlər nazirliyinin sözçüsü söyləyib: Avropa Birliyi Vaşinqtonun, özü də öz maraqları əleyhinə olan sərəncamları qarşısında fəaliyyət müstəqilliyini itirib.
Mariya Zaxarova vurğulayıb: Rusiya Amerika və Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalara münasib cavab hazırlmaqdadır və onların sanksiyalar tətbiq etməklə düzəltdikləri «qorxunc müqəvva»ya məhəl qoymur.
Uzunluğu 1220 kilometr olan «Şimal axını-2» qaz boru kəməri təbii qazı Rusiydan Baltik dənizi vasitəsilə Almaniyanın şimalına, oradan da bütün Avropaya köçürəcək.
Amerika bu boru kəmərinin inşasının Avropanın Rusiya enerjisindən asılı olmasına səbəb olacağını bildirir və elə əvvəldən ona qarşı çıxıbdır.