Yeni Zelandiyada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi
Mart 04, 2021 22:09 Asia/Baku
Yeni Zelandiya sahillərində 7.3 bal gücündə zəlzələ baş verib.
SəhərAzəri xəbər verir, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələ Gibsborn şəhərindən 238 km aralıda, yerin 10 km dərinliyində qeydə alınıb.
Zəlzələnin episentrindən 300 km aralıda yerləşən sahil rayonlarında sunami gözlənildiyi barədə xəbərdarlıqlar edilib.
Yeni Zelandiyanın Fövqəladə Vəziyyətlərin İdarə Olunması Agentliyi sahil rayonlarında olan şəxslərin daha təhlükəsiz ərazilərə köçmələrini tövsiyə edib.