Papa Ayətullah Sistani ilə görüşünü açıqlayıb
Dünya katoliklərinin rəhbəri İraq şiələrinin ali mərcəyi Ayətullah Seyyid Əli Sistani ilə görüşünü «ruh yüksəkliyi» mənbəyi adlandırıb.
SəhərAzəri xəbər verir, Papa Fransis İraqa üçgünlük səfərinin sonunda təyyarədə müxbirlər qarşısında Ayətullah Sistanini təvazökar və aqil bir şəxs adlandıraraq, deyib: Bu görüş, mənim ruh yüksəkliyimə səbəb oldu.
Dünya katoliklərinin 84 yaşlı rəhbəri həmçinin irəli sürülən təhlükəsizlik mülahizələrinə rəğmən, koronavirus pandemiyası şəraitində İraqa səfər qərarını müdafiə edərək, vurğulayıb: Mən bu qərara, malik olduğu təhlükələrindən xəbərdar olaraq, gəldim.
İraqa üçgünlük səfərə gəlmiş Papa Fransis dünən Bağdaddan Vatikana geri dönüb.
Onun səfərinin kulminasiya nöqtəsi, Ayətullah Sistani ilə görüşü oldu ki, onda İraq şiələrinin ali mərcəyi region xalqlarına qarşı zülmlərə işarə edərək, Yəmən və Fələstin kimi ölkələrdə mövcud olan böhranların həlli üzrə səylərin artırılmasını istədi.