Mart 10, 2021 14:54 Asia/Baku
  • NATO: “Qətiyyən ABŞ-ın İraqdakı rolunu üzərimizə alamayacağıq”

NATO-nun İraqdakı nümayəndəsi general-leytenant Pyer Olsen, qüvvələrinin ölkədəki orduya təlim və məsləhət verməyə davam edəcəyini, ancaq ABŞ qüvvələrinin rolunu qətiyyən üzərinə götürməyəcəyini söyləyib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Asia telekanalına açıqlama verən Olsen, belə deyib: “İraqdakı qüvvələrimiz 300-dən çoxdur, döyüşdən başqa bir vəzifəmiz var”.

Olsen qarşıdakı aylarda keçiriləcək görüşlər nəticəsində təlim verəcəkləri qurumların və məsləhətçilərin təyin ediləcəyini bildirib.

İraqın milli təhlükəsizlik müşaviri Qasım Əl-Aracinin ölkədəki NATO əsgər sayının artırılması üçün rəsmi müraciət etdiyini xatırladan Olsen, belə deyib: “NATO qətiyyən ABŞ-ın İraqdakı rolunu oynamayacaq”.

Digər tərəfdən, Olsen İraq hökumətinin NATO missiyasını hər hansı bir silahlı hədəfdən qorumaq üçün diqqət göstərdiyini qeyd edib.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenber fevralın 18-i belə demişdi: “Bu gün İraq qüvvələrinin terrorizmlə mübarizədə dəstəklənməsi və İŞİD-in geri dönməsinin qarşısını almaq üçün NATO-nun İraq missiyasını genişləndirməyə qərar verdik. Missiyamız 500 nəfərdən 4 minə çatacaq. Təlim fəaliyyətlərinə daha çox İraq qurumu ilə Bağdad xaricindəki bölgələr də cəlb ediləcək.

Teqlər