Mart 12, 2021 21:17 Asia/Baku
  • Fransa, Yunanıstan, Kipr və sionist rejim Şərqi Aralıqda hərbi təlimlər keçiriblər

Fransa, Yunanıstan, Kipr və sionist rejim Şərqi Aralıq dənizində hərbi təlimlər keçiriblər.

SəhərAzəri xəbər verir ki, Yunanıstanın dəniz qüvvələri bir bəyanatda bildirib ki, Fransa, Yunanıstan, Kipr və sionist rejimin Şərqi Aralıq dənizində hərbi təlimləri cümə günü, həmkarlıq səviyyəsini gücləndirmək, həmçinin dəniz mühitində yeni təhdidlər və problemlərlə mübarizə məqsədilə keçirilib.

Belə bir halda, Türkiyə və Yunanıstan Şərqi Aralıq dənizinin neft və qaz ehtiyatları üstündə ciddi ixtilaflara malikdirlər.

Avropa Birliyi Şərqi Aralıq dənizindəki çəkişmələrin kəskinləşməsilə Ankara ilə Afina arasında, Yunanıstanı himayə edir.

Teqlər