Mart 13, 2021 19:24 Asia/Baku
  • Berlində koronavirusun üçüncü dalğası başlanıb

Almaniyada koronavirusa yoluxmanın ən yüksək göstəricisi ötən bir ayda qeydə alınıb

SəhərAzəri xəbər verir ki, Almaniyada Robert Kox adına Virusologiya İnstitutu bu ölkədə koronavirusun yeni dalğasından xəbər verib.

m.m- Biz indi koronavirusun üçüncü dalğasının başlanğıcındayıq . Uşaq bağçalarında virus epidemiyasını müşahidə edirik ki, bu da ingilis mutasiyasının növü ilə əlaqəli ola bilər.

Xalqın müxtəlif qrupları ilə söhbət edən Almaniya kansleri Angela Merkel qarşıdakı günlər üçün qorxu və ümidlərdən danışıb.

m.z- Ümid yarığını görmək olar, amma bizi üç və ya dörd çətin ay gözləyir.

Almaniyada geniş tətillərdən sonra indi böyük satış mərkəzləri insanlara onlayn növbə verərək, fəaliyyətlərini bərpa ediblər, lakin bəzi iş yerləri hələ də bağlıdır.

m.z- İş vəziyyətində bir irəliləyiş görmürəm. Hələ də işləyə bilməyən bir çox insan var və bu açılışlar bütün peşələrə aid deyil.

Bəzi açılışlarla bir zamanda, Robert Kox institutu bildiribdir ki, yoluxma göstəricisi yüz min nəfərdə 72 haldan yuxarıya çatıbdır.

Almaniyada koronavirusun üçüncü dalğasının yayılması ilə/ bəzi mütəxəssislər məktəblərin və iş yerlərinin yenidən açılması haqda xəbərdarlıq edirlər, xüsusən ona görə ki, bu günlər Berlin rəsmiləri yoluxma göstəricisinin yüz min nəfərdə əlli hala düşməsinə çalışırlar.

Teqlər