Mart 14, 2021 09:05 Asia/Baku
  • Almanlar koronavirus məhdudiyyətlərinə etiraz ediblər

Yüzlərlə Almaniya vətəndaşı koronavirus pandemiyasının birilliyində paytaxt küçələrinə toplaşaraq, məhdudiyyətlərə son qoyulmasını tələb edib.

SəhərAzəri xəbər verir, Aksiya iştirakçıları «Daha yetər!» kimi əsas şüarla, adi yaşayışa qayıdış və hökumətin sərt tədbirlərinin bitməsini istəyiblər.

Bir qrup etirazçının da əlində Almaniya kansleri Angela Merkelə qarşı şüarlar yazılmış plakatlar olub.

Almaniyada mutasiya etmiş koronavirus növünün yayılmasının ardınca icra edilən COVID-19 məhdudiyyətlərinin kəskinləşdirilməsi indiyədək bu ölkənin iş bazarında dağıdıcı təsirlər buraxıbdır.

Ötən həftə də yüzlərlə etirazçı Almaniyanın Leypsiq şəhərində öz avtomobili ilə küçələrdə hərəkət edib. Həmçinin Saksoniya

və Saksoniya-Anhalt şəhərlərində vətəndaşlar tərəfindən oxşar etiraz hərəkətləri həyata keçirilib.

Almaniyada çıxan «Handelsblatt» nəşrinin yazdığına görə, son bir ay ərzində işsiz qalmış şəxslərin sayı 2020-ci ilin oxşar dövrü ilə müqayisədə gözlənilməz artıma malik olubdur.

Teqlər