Mart 14, 2021 13:01 Asia/Baku
  • Fransa Avropa Birliyindən çıxacaq

Fransanın Avropa Birliyindən (AB) çıxmaq ehtimalı böyükdür.

SəhərAzəri xəbər verir, bu barədə “Fiqaro” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Məqalə müəllifi Loran Erble pandemiya dövründə Avropa sənayesinin və iqtisadiyyatının gerilədiyini və baş verənlərdə AB rəhbərliyinin günahı olduğunu yazıb.

Erble bildirib ki, qurum Avropa ticarətinə üstünlük verilməsinə mane olur və birliyə üzv dövlətlərə lazımi dəstəyi vermir:

“ABŞ milli iqtisadiyyata kömək məqsədi ilə təxminən beş trilyon dollar ayırsa da, Avropada bu rəqəm təxminən 300 milyard avro təşkil edib. Eyni zamanda, AB rəhbərliyi ölkələri rəqabət qabiliyyətlərini artırmaq üçün dərman xərclərini və həkimlərin məvaciblərini azaltmağa çağırıb. AB danışıqları o qədər yavaş aparır ki, əksər Avropa ölkələri Rusiya və Çin peyvəndləri almağa başlayır”.

Teqlər