Mart 16, 2021 08:38 Asia/Baku
  • 2020-ci ildə Avropa Birliyinin turizm sənayesində 50% azalma olub

Yeni statistikalar göstərir ki, 2020-ci ildə koronavirus pandemiyasından irəli gələn ehtiyat tədbirlərinin, o sıradan beynəlxalq səfər məhdudiyyətlərinin tətbiq edilməsinə görə, turizm Avropa Birliyində yarıdan çox azalmaya məruz qalan sektorlardan olub.

SəhərAzəri xəbər verir ki, «Eurostat» adlı Avropa Statistika İdarəsi vebsaytının məlumatına görə, 2020-ci ildə Avropa Birliyindəki bir turizm kompleksində qalınan gecələrin sayı ümumilikdə bir tam onda dörd milyon olubdur ki, bu da 2019-cu il ilə müqayisədə 52 faizlik azalmadan xəbər verir.

Ən çox ziyan Kipr, Yunanıstan və Maltaya dəyib və bu azalma yetmiş faizdən çox olubdur.

Koronavirus indiyədək dünya səviyyəsində 120 milyon nəfərdən çox insanın yoluxmasına, iki milyon 666 min 412 nəfərin isə həyatını itirməsinə bais olubdur.

Teqlər