İndoneziya «Astra Zeneka» ilə vaksinasiyanı dayandırıb
Mart 16, 2021 08:41 Asia/Baku
İndoneziya səhiyyə nazirliy bu ölkədə «Astra Zeneka» vaksininin aşılanmasını dayandırıb.
SəhərAzəri xəbər verir ki, İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin bildirib ki, «Astra Zeneka» vaksininin ehtimal olunan yan mənfi təsirlərinə dair məlumatların yayılmasının ardınca bu ölkədə vaksinasiya dayandırılıb.
İndiyə kimi Norveç, Danimarka, Avstriya, Estoniya, Latviya, Litva, Bolqarıstan və İrlandiya qan laxtalanması kimi yan mənfi təsirlərinə görə, İngiltərə-İsveç bigə məhsulu olan «Astra Zeneka» vaksini ilə peyvəndləməni dayandırıblar.
İndoneziya səhiyyə nazirliyinin son statistikasına görə, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı, bir milyon 398 nəfər, həmin virusdan ölənlərin ümumi miqdarı isə 37 min 932 nəfərə yüksəlibdir.