Mart 16, 2021 12:24 Asia/Baku
  • Bayden vergiləri kəskin artırır – 28 ildə ilk

ABŞ Prezidenti Cozef Bayden 1993-cü ildən bu yana ilk dəfə federal vergilərin böyük miqdarda artırılmasını planlaşdırır.

SəhərAzəri xəbər verir ki, bu məlumatı “Blumberq” yayıb. Məlumata görə, bu, pandemiya çərçivəsində uzunmüddətli iqtisadi proqramın dəstəklənməsini təmin edəcək.

Agentlik 1,9 trilyon dollar iqtisadi yardım paketindən fərqli olaraq bu təşəbbüsün daha miqyaslı olacağını bildirib.

Bununla bərabər, Baydenin Trampın korporasiyalara və zəngin insanlara üstünlüklərin verilməsi barədə imzaladığı qanunu da ləğv edəcəyi vurğulanıb.

 

Teqlər