Mart 17, 2021 14:43 Asia/Baku
  • ABŞ-da qanlı gün; Corciya ştatında baş verən atışmada 8 nəfər ölüb

ABŞ mediaları Corcia ştatının şimal-qərbində üç fərqli bölgədə bir neçə silahlı insidentin baş verməsindən xəbər veriblər. Bir neçə saat əvvəl ABŞ-ın Corciya ştatında üç əyləncə klubunda baş verən atışma nəticəsində ən azı 8 nəfər həlak olub.

SəhərAzəri xəbər verir ki, ABŞ-ın "FoxNews" kanalının Corcia ştatının polis rəsmilərinə istinadən məlumatına görə, ilk hadisə Çeroki bölgəsində bir masaj salonunda baş verib, burada dörd nəfər öldürülüb və bir nəfər yaralanıb.

Hadisədən bir saat sonra Corciya ştatının polisi "Qold" spa salonu yaxınlığında bir neçə atıma ilə bağlı məlumat alıb ki, bu hadisədə üç qadın atəş açma nəticəsində həyatını itirib, üçüncü hadisə isə, "aromaterapiya" salonunun yaxınlığında qeydə alınıb və bu hadisədə də bir qadın öldürülüb.

Məlumata əsasən, bu hadisədə şübhəli bilinən 21 yaşlı gəncin adı "Robert Aron Lanq"dır ki, Çeroki polisinin dediyinə görə, saxlanılıbdır.

ABŞ polisi əvvəllər qırmızı-qara köynək geyinmiş və Hyundai uzun şassi avtomobilində əyləşmiş şübhəli bilinən şəxsin fotolarını yaymışdı və Çeroki Polis İdarəsinin sözçüsünün dediyinə görə, ehtimal ki, hər üç atışmada bu şəxs iştirak edib.

Məlumata əsasən, hadisə baş verən hər üç salonun işçilərinin çoxu Asiya mənşəlidir. Polis bu hücumların bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır. Hadisəni törədənin motivləri hələ ki, naməlumdur.

Çeroki Polis İdarəsi, atışmalarla əlaqədar istintaqı inkişaf etdirmək üçün Atlanta Polis İdarəsi ilə birlikdə işləyir.

ABŞ-da silah gəzdirmənin sərbəst olması hər gün atışma ilə əlaqədar zorakılıqların baş verməsinə səbəb olur ki, bu hadisələrdə bir neçə nəfər də həyatını itirir. Lakin bu ölkədə silah lobbisi o qədər güclüdür ki, indiyədək, Konqres silah gəzdirməni məhdudlaşdırmaq üçün heş bir tədbir görə bilməyib.

Teqlər