May 16, 2024 13:04 Asia/Baku
  • Rəfəhin sakinlərindən 600 min insan köçkün düşüb

BMT-nin baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib ki, may ayının 6-dan indiyədə Qəzzə sakinlərinin dörddə biri, yəni təxminən 600 min nəfər evlərindən didərgin düşüb".

BMT rəsmisi BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi UNRWA-nın hesabatına əsasən, İsrailin Rəfəhdə quru əməliyyatları davam edərkən, mayın 6-dan bu günə qədər Qəzzə sakinlərinin dörddə biri, yəni təxminən 600 min nəfər Rəfəhdən didərgin düşüb".

Fərhan Haqq Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib: "BMT-nin Humanitar Yardımların Koordinasiyası Ofisi bildirib ki, Qəzzənin mərkəzindəki "Deyr Əl-Bələh"də və Qəzzə zolağının şimalındakı Cəbaliyyədə quru təcavüzü və ağır döyüşlər davam edir".

O, əlavə edib: "Hazırda köçən ailələrin bir çoxu oktyabr ayından yenidən didərgin düşüblər.Qəzzənin mülki əhalisi köç etmələrindən və ya qalmalarından asılı olmayaraq, qorunmalıdır. Bütün tərəflər həmişə beynəlxalq humanitar hüquqa hörmət etməlidir. Bu, həm də o deməkdir ki, mülki şəxslərin, harada olurlarsa olsunlar əsas ehtiyacları, o cümlədən qida, sığınacaq, su və kanalizasiyaya olan ehtiyacları təmin edilməlidir".

BMT sözçüsü qeyd edib ki, Qəzzədə təxliyyə ilə bağlı daha çox göstərişlərin verilməsi və əməliyyatların intensivləşməsi ilə həyati əhəçiyyətli səhiyyə xidmətlərinə çıxış daha da azalacaq". 

Fərhan deyib: "Tibbi xidmətlər üzərində işləyən tərəfdaşlarımıza görə, Rəfəhdəki İndoneziya səhra xəstəxanası bu gündən fəaliyyət göstərmir. Hal hazırda Rəfəh şəhərində səkkiz fəal səhra xəstəxanası var. O, cümlədən, onlardan biri bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Fələstin Qızıl Aypara Cəmiyyəti ilə koordinasiya əsasında Rəfəhdəki böyük ehtiyacların həllinə kömək etmək üçün yaradılıb"