Rusiya-Slovakiya münasibətlərinə güllə atılıb
https://azeri.sahartv.ir/news/dünya-i411200-rusiya_slovakiya_münasibətlərinə_güllə_atılıb
Rusiya Dövlət Dumasının deputatı Slovakiya Baş naziri Robert Fitsoya qarşı hücumu Rusiya-Slovakiya münasibətlərinə atılan güllə adlandırıb.
(last modified 2024-05-16T07:39:53+00:00 )
May 16, 2024 11:36 Asia/Baku
  • Rusiya-Slovakiya münasibətlərinə güllə atılıb

Rusiya Dövlət Dumasının deputatı Slovakiya Baş naziri Robert Fitsoya qarşı hücumu Rusiya-Slovakiya münasibətlərinə atılan güllə adlandırıb.

Düşünürəm ki, bu, təkcə Fitso və Slovakiyaya deyil, həm də Rusiya-Slovakiya münasibətlərinə atılan güllədir.

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdi şərh edərkən deyib.

O, hökumət başçılarına qarşı təsadüfi sui-qəsd cəhdlərinə inanmadığını bildirib.

Zatulin sui-qəsdin Fitsonun Avropa və dünyadakı vəziyyətlə əlaqədar mövqeyi ilə bağlı ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitsoya dünən sui-qəsd edilib. O, hökumətin iclasından çıxarkən güllələnib.

Hazırda xəstəxanada əməliyyatdan çıxan baş nazirin səhhətinin stabil olduğu bildirilib.