Mart 18, 2021 14:01 Asia/Baku
  • ABŞ Rusiyaya qarşı ticari sanksiyaları genişləndirib

ABŞ Ticarət Nazirliyi Aleksey Navalnı işi ilə əlaqədar Rusiyaya ixrac məhdudiyyətlərini genişləndirib.

SəhərAzəri xəbər verir ki,  bu barədə Ticarət Nazirliyinin saytında bildirilib.

Qərar martın 18-dən qüvvəyə minəcək.

Qeyd edək ki, martın əvvəlində Aleksey Navalnı işi ilə bağlı ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Moskvaya qarşı ittihamlar iki məqamla -  Aleksey Navalnının zəhərlənməsi və "İv Roşe" işi üzrə ona 3,5 il həbs cəzasının verilməsi ilə bağlıdır.

Vaşinqton təcili humanitar yardım xaricində Moskvaya hər hansı yardım etməyəcəyini bəyan edib. Rusiya silah ixracı və idxalı qadağan olunan ölkələr siyahısına daxil edilib. Kosmos sahəsində və kommersiya xarakterli kosmik buraxılışlar sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində sentyabrın 1-dək olan əməliyyatlar üçün istisnalar edilib. Bundan əlavə, ABŞ dövlətin maliyyə qurumlarının Moskvaya borc verməsini qadağan edib. Bu, Amerika İxracat-İdxal Bankına da aiddir.

 

Teqlər