Putin Baydeni canlı yayımda müzakirəyə çağırdı
https://azeri.sahartv.ir/news/dünya-i374616-putin_baydeni_canlı_yayımda_müzakirəyə_çağırdı
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydeni canlı yayımda müzakirə aparmağa çağırıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 18, 2021 18:34 Asia/Baku
  • Putin Baydeni canlı yayımda müzakirəyə çağırdı

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydeni canlı yayımda müzakirə aparmağa çağırıb.

SəhərAzəri xəbər verir ki, bu barədə Vladimir Putin “Rusiya 24” kanalının efirində deyib.

“Mən indi bu haqda fikirləşirdim. Ötən dəfə telefon danışğı prezident Baydenin təşəbbüsü ilə aparılmışdı. Mən prezident Baydenə müzakirəmizi davam etdirməyi təklif edirəm, bu, açıq canlı yayımda olmalıdır. Mənə elə gəlir ki, bu, Rusiya və ABŞ xalqları, o cümlədən bir çox ölkələr üçün maraqlı olar”, - Putin bildirib.

Rusiya prezidenti Baydenlə bazar ertəsi və ya cümə günü danışmağa hazır olduğunu deyib.