Baydenin siyasətləri soyuq müharibənin başlanması təhlükəsini yaradıb
ABŞ prezidenti Co Baydenin və onun hökumətinin siyasətləri Rusiya ilə Amerika arasında soyuq müharibənin başlanması təhlükəsini yaradıb.
SəhərAzəri xəbər verir ki, bunu, Rusiya Federasiya Şurasının informasiya siyasəti və medialar ilə qarşılıqlı fəaliyyət üzrə müvəqqəti komissiyasının sədri bildirib.
Rusiya Federasiya Şurasının üzvü- Aleksey Puşkov dünən belə deyib: Rusiya ilə Amerika arasında soyuq müharibənin başlanması təhlükəsi var və Baydenin «Vaşinqtonun Moskva üzərində qələbə qabiliyyətinin olmadığı» gerçəkliyini unudacağı təqdirdə, yeni soyuq müharibə başlanacaq.
Puşkov bundan öncə demişdi ki, Baydenin Rusiya prezidenti Vladimir Putinə qarşı ifadələri anti-Rusiya koalisiyasını birləşdirməyə tuşlanıb.
Onun qənaətinə görə, Amerika böyük ehtimala qarşı Rusiyanın iqtisadi-siyasi mühasirəsinə səy göstərəcək.
Bayden ötən həftənin çərşənbə günü qalmaqallı bir hərəkətdə «ABC Nyus» telekanalı ilə müsahibədə təsdiq etdi ki, onun rus həmkarı qatildir. Belə ki, ABŞ prezidenti bu telekanalın müxbirinin Putinlə bağlı; «sizcə, o, qatildir?» sualını müsbət cavablandırmışdı.
Bayden bu müsahibədə həmçinin Rusiyanı 2020-ci il ABŞ prezident seçkilərinə qarışmaqda ittiham edərək, dedi ki, Putin Amerika seçkilərinə müdaxilənin əvəzini ödəyəcəkdir.
Rusiya prezidenti də öz növbəsində cümə axşamı günü Baydeni danışıqlara çağırdı və ondan istədi ki, bu virtual müzakiərləri canlı şəkildə həyata keçirsin.