Mart 21, 2021 23:34 Asia/Baku
  • Londonda keçirilən etiraz aksiyasında 33 nəfər saxlanılıb

Britaniyanın paytaxtı Londonda koronavirus məhdudiyyətləri və 33 yaşlı Sara Evevrardın qətlinə etiraz olaraq keçirilən aksiyada 33 nəfər saxlanılıb.

SəhərAzəri xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi bildirib.

"Londonun mərkəzindəki aksiyada 33 nəfər saxlanılıb. Onların əksəriyyəti COVID-19 məhdudiyyətləri qaydalarının pozulması ilə əlaqədar saxlanılıb", - asayiş keşikçiləri qeyd edib.

Aksiya iştirakçıları Hayd-parkda toplaşaraq, şəhərin mərkəzi küçələri üzrə hərəkət ediblər, sonra Uaytholl küçəsinə və Britaniya parlamentinin, hökumət binalarının qarşısına toplaşıblar.

Teqlər