Lavrov dolların maliyyə sistemi dövriyyəsindən silinməsini vurğulayıb
Rusiya xarici işlər naziri ticarət mübadilələrində dolların yerinə, digər pul vahidlərindən istifadəyə təkid edib.
SəhərAzəri xəbər verir ki, Sergey Lavrov deyib: Bu həll yolundan istifadə olunması Amerika sanksiyalarının təhlükələrinin texnoloji müstəqilliyin gücləndirilməsi hesabına azalmasına səbəb olacaq.
Lavrov sonra deyib: Biz Qərbin nəzarətində olan beynəlxalq ödəniş sistemlərindən uzaqlaşa bilməliyik.
Rusiya və Çinin texnoloyi inkişafının Amerika tərəfindən məhdudlaşdırılmasına toxunan Rusiyanın xarici işlər naziri deyib ki, Moskva və Pekin hazırkı Qərb texnologiyaları ilə bağlı öz müstəqilliklərini artırmalı və gücləndirməlidirlər.
Rusiyanın maliyyə nazirliyi də fevral ayında bu ölkənin valyuta mübadilələrində ABŞ dolları və avronun paylarının azalmasından xəbər vermişdi.
Çin Rusiyanın əsas ticarət ortağıdır. 2019-cu ildə iki tərəfin ticarət mübadilələri həcmi yüz milyard dollara çatdı ki, tərəflərin razılığına əsasən, bu rəqəm 2024-cü ilədək iki yüz milyard dollaradək artmalıdır.