AB-dən Çinin qərarına reaksiya: Qəbuledilməzdir...
Mart 23, 2021 07:12 Asia/Baku
Çinin Avropa Birliyinin rəsmilərinə qarşı sanksiya qərarı təəssüf doğurur və qəbuledilməzdir.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.
“Avropa Birliyi insan haqlarını müdafiə etmək öhdəliyini dəyişdirməyəcək. Çinin qarşıdurmaya deyil, Avropa Birliyi ilə insan hüquqları mövzusunda dialoqa cəlb olunmasını istəyirik” , - Borrell bildirib.
Qeyd edək ki, Çin Sintszyan-Uyğur muxtar vilayəti ilə bağlı mövqeyinə görə Avropa İttifaqının parlamentarilərinə, alim və siyasətçilərinə, dörd hüquqi şəxsinə sanksiyalar tətbiq edib.