Rusiya ilə bu məsələdə işləyə bilərik - ABŞ
https://azeri.sahartv.ir/news/dünya-i374779-rusiya_ilə_bu_məsələdə_işləyə_bilərik_abŞ
ABŞ hesab edir ki, fikir ayrılığına baxmayaraq, Rusiya ilə nüvə məsələsi də daxil olmaqla, ikitərəfli münasibətlərdə birgə işləmək olar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2021 03:30 Asia/Baku
  • Rusiya ilə bu məsələdə işləyə bilərik - ABŞ

ABŞ hesab edir ki, fikir ayrılığına baxmayaraq, Rusiya ilə nüvə məsələsi də daxil olmaqla, ikitərəfli münasibətlərdə birgə işləmək olar.

SəhərAzəri xəbər verir ki, bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

“Rusiya ilə münasibətlərdə çətin günlərin olacağına əminik, çünki mövqelərimizin bir-birindən dərindən fərqləndiyi və qətiyyətlə cavab verməli olduğumuz bir sıra məsələlər var. Amma Rusiya ilə gündəmdəki əsas məsələlərdə işləyə biləcəyimizə də inanırıq”, - Sallivan bildirib.