ABŞ Rusiyanın yeni silahları səbəbilə RƏM sistemini modernləşdirmək istəyir
ABŞ-ın Rusiyada hipersəs silahlarının inkişafı səbəbindən raketdən müdafiə sistemlərinin proqram təminatını modernləşdirməyi planlaşdırdığı öyrənilib.
SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki, Russia Today (RT) televiziyasının ABŞ-ın Raketdən Müdafiə Agentliyinin sənədini əsas götürdüyü xəbərinə görə, ABŞ Rusiyanın hazırladığı səsdən sürətli (supersonik) silahlar sayəsində raketdən müdafiə komandanlığı, döyüş idarəçiliyi və rabitə (C2BMC) sisteminin proqram təminatını modernləşdirməyi planlaşdırır.
Raketdən müdafiə sisteminin əsas elementi olan C2BMC-nin ardıcıl modernləşdirilməsinin məqsədi ballistik raketlərə qarşı müdafiəni gücləndirməkdir.
Bununla birlikdə, Amerika hərbçiləri, prosesin sürətləndirilməli olduğuna razıdır, çünki yeni komponentlərin istismara verilməsinin hər bir mərhələsi 24 və ya 36 ay çəkir, digər tərəf isə yeni ixtiralar edir.