Mart 31, 2021 11:39 Asia/Baku
  • Almaniya, Fransa və Rusiya İranın nüvə anlaşmasını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron üçtərəfli bir görüşdə İranın nüvə anlaşmasının qorunması və icrası ilə bağlı razılığa gəldiklərini bildiriblər.

SəhərAzəri xəbər verir ki, Kremlin mətbuat xidməti bir bəyanatda yazıb: "Rusiya, Almaniya və Fransa liderləri videokonfrans formatında bir görüşdə, İranın nüvə proqramı ilə bağlı Əhatəli müştərək Təşəbbüs proqramının qorunub-saxlanılması və icrası, həmçinin bu istiqamətdə daha koordinasiyalı addımların atılması barədə açıq şəkildə fikir mübadiləsi aparıblar.

Yelisey sarayı da bir bəyanatda, Emmanuel Makron, Vladimir Putin və Angela Merkelin nüvə anlaşması ilə əlaqədar tədbirlər görmək barədə razılığa gəldiklərini bildirib.

Yelisey Sarayının bəyanatında deyilir ki, üç ölkə liderləri, İranı ən qısa bir zamanda beynəlxalq öhdəliklərinə geri qaytarmaq üçün hərəkətlərini koordinasiya etmək barədə razılaşıblar.

Putin, Makron və Merkel , həmçinin ortaq bir təhdid olaraq, COVİD-19 pandemiyası ilə mübarizədə birgə səylərin vacibliyini diqqətə çatdırıblar.

Onlar, xüsusilə də Rusiyanın “Sputnik V” peyvəndinin Avropa Birliyində qeydiyyata alınmasının perspektivləri, həmçinin bu dərmanın tədarükü və AB ölkələrində birgə istehsalı məsələlərinə toxunublar.

Teqlər