Apr 02, 2021 00:10 Asia/Baku
  • Lavrov: Donbasda savaşı başlasa, Ukrayna məhv olacaq

Vladimir Putin bir müddət əvvəl söyləmişdi, lakin bu sözlər indi də keçərlidir: Donbasda yeni müharibə başlatmağa cəhd edənlər Ukraynanı məhvə sürükləyir.

SəhərAzəri xəbər verir ki  bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ümid edirik ki, Qərb siyasətçiləri Ukraynanı Donbasda yeni savaşa təhrik etməyəcək. Hərbçilər müharibə başladılması ilə bağlı intensiv fəaliyyətlərin zərərini anlayırlar”, - deyə Lavrov bildirib.

Teqlər