Ukraynanın şərqində böhran güclənir;Vaşinqtonun himayəsi, Moskvadan xəbərdarlıq
Ukraynaının şərqində dörd Ukrayna əsgərinin öldürülməsindən bir həftə sonra, ABŞ Ukraynaya Rusiyaya qarşı dəstək verəcəyini vəd etdi.
SəhəaAzəri Xəbər verir ki, ABŞ Dövlət katibi Antony Blinken, çərşənbə günü ukraynalı həmkarı Dmitri Kolbo ilə telefon danışığında ölkə ordusunu üzvlərinin oldürülməsinə görə başsağlığı verərək Vaşinqtonun Ukraynanın suverenliyini himayə etməsini söyləyib.
Qeyd etmək lazımdır ki,Vaşinqton öz mövqeyini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçak-ın Rusiyanın ölkənin təhlükəsizliyi üçün bir təhdid olduğunu və Ukrayna sərhədlərində silahlı qüvvələrini yerləşdirdirməyə dair səylərini iddia etdikdən sonra elan edib.
Onun sözlərinə görə, son həftələrdə Rusiya 25 ordu qrupunu Ukrayna sərhədində yerləşdirib və Krimdəki öz qoşunlarının sayını 32 min 700 nəfərə çatdırıb.
Xomçakın dediyinə görə, Rus hərbi komandirləri Ukraynanın şərqindəki 28 min müstəqil separatçı qüvvələrə də rəhbərlik edir.
Bu idia Rusiya tərəfindən sərt reaksiya ilə qarşılanıb. Kremlin sözçüsü Dmitri Peskov, cümə axşamı NATO əməliyyatlarının artıması ilə Rusiyanın sərhəd təhlükəsizliyini təmin etmək üçün addımlar atdığını söyləyib. O, Rusiya qüvvələrinin heç bir ölkənyə təhdid sayılmadığını söyləyib.