Apr 03, 2021 16:44 Asia/Baku
  • ABŞ mediası: “İsrail rejimi Liviyada Səddam Həftəri dəstəkləyir”

ABŞ mediası, Liviya ordusunun sabiq generalı Xəlifə Həftərin oğlu və Şərqi Liviya qüvvələrinin komandiri Səddam Həftərin İsrail rejiminin kəşfiyyatının səlahiyyətliləri ilə keçən ay (mart) xüsusi və məxfi görüş keçirdiyini yazıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki,“The Washington Free Beacon” saytının yazdığına görə, sionist İsrail rejiminüzvləri, Liviya Milli Ordusunun komandanı Xəlifə Həftərin oğlu Səddam Həftərlə 2021 Liviya prezident seçkilərinə namizədliyini müzakirə etmək üçün görüşüblər.

Bu sağçı və ifratçı Amerika Respublikaçı mediası məlumatlı mənbəyə istinad edərək, xəbəri yayıb və görüşü “Sionist rejiminin onun namizədliyini dəstəkləməsinin bir işarəsi (Liviyanın prezident seçkilərində Səddam Həftər)” adlandırıb.

Qəzetin yazdığına görə, Səddam Həftər seçki kampaniyasında səssizcə Qərbin dəstəyini alır və bunun Muammar Qəddafinin oğlu Seyfülislam Qəzzafi ilə rəqabətini gücləndirəcəyi gözlənilir.

Amerika mətbuatının yazdığına görə, Səddam Həftər çoxları tərəfindən atası Xəlifə Həftərin vəkil qüvvəsi kimi qəbul edilir. Liviya Milli Ordusuna komandanlıq etməklə yanaşı, Xəlifə Həftər ABŞ vətəndaşıdır.

Washington Free Beacon saytında gedən məqalədə belə qeyd edilir: “Həftərin qələbəsi (Səddam) sionis İsrailt rejim ilə Liviya arasında daha yaxın əlaqələrə səbəb ola bilər”.

ABŞ mediasında məlumatlı mənbəyə görə,Sionist İsrail rejiminin kəşfiyyatının üzvləri ilə görüşdə Səddam Həftər, bölgədəki vəziyyət, ölkəsində sabitliyin bərpası, Liviyada demokratiya və asayişi dəstəkləməsi kimi mövzularda danışıb.

Sözügedən məlumatlı mənbə bildirir ki, israillilər onu (Səddam Həftəri) dəstəkləyir.Sionist İsrail rejimi kəşfiyyat orqanlarının Həftərin atasını dəstəklədiyinə çoxdan inanılırdı, ancaq İsrail rejimi bu mövzuda ictimai mövqe nümayiş etdirməyib”.

Teqlər