İngiltərə xalqının rasizmə qarşı aksiyaları davam edir
İngiltərənin paytaxtı Londonun əhalisi dünən gecə bir daha rasizmə və bu ölkə polisinin ixtiyarlarının artırılması layihəsinə etiraz olaraq, küçələrə çıxıb.
SəhərAzəri xəbər verir ki, London əhalisi bu aksiyada şüarlar verərək, İngiltərədə hər cür rasist rəftarla mübarizə edilməsini istəyib.
Təhlükəsizlik qüvvələri isə aksiyaçılara hücum edərək, azı 26 nəfəri həbs ediblər.
İngiltərənin müxtəlif şəhərləri bu günlər ingilis xalqının bu ölkə polisinin ixtiyarlarının artırılması layihəsinə etirazının təhlükəsizlik qüvvələri tərəfindən yatırılması səhnəsidir.
İngiltərənin baş naziri və daxili işlər naziri bu ölkədə polisin repressiya gücünün artırılması layihəsinə qarşı etirazları biabırçılıq adlandıraraq, polis qüvvələrinə öz dəstəklərini elan ediblər.
İngiltərədəki son etirazlar zamanı indiyədək onlarla nəfər yaralanıb və həbs olunubdur.
İngiltərə universitetlərində 700 tanınmış hüquq müəllimi və hüquqşünas son zamanlar bir bəyanatda polisin gücü və ixtiyarlarının artırılmasını zalımcasına adlandıraraq, bu ölkə hökumətindən istəyibdir ki, bu barədəki layihəni kənara qoysun.