Borrell Ukraynanı əmin etdi: Avropa sizinlədir!
https://azeri.sahartv.ir/news/dünya-i375329-borrell_ukraynanı_əmin_etdi_avropa_sizinlədir!
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2021 05:35 Asia/Baku
  • Borrell Ukraynanı əmin etdi: Avropa sizinlədir!

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı aparıb.

SəhəraAzəri xəbər verir ki, bu barədə Kuleba Tvitter hesabında yazıb.

Kuleba bildirib ki, danışıqlar zamanı Donbasdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər.

"Avropa Birliyi sizinlədir", - deyə AB diplomatiyasının rəhbəri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini söyləyib", - Kuleba yazıb.

O, həmçinin əlavə edib ki, Borrell onu aprelin 19-da keçiriləcək AB-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dəvət etmək niyyətindədir.