Nyu-Yorkda Asiya mənşəlilərin anti-nifrət nümayişi
Asiya əsilli on mindən çox Amerika vətəndaşI Nyu-York şəhərində aksiya keçirərək, bu ölkədə nifrətdən irəli gələn rəftarları pisləyibdir.
SəhərAzəri xəbər verir ki, «Asiyalılara qarşı nifrəti dayandırın!» adı altında keçriilən bu nümayişdə asiya mənşəli amerikalılardan əlavə, bəzi yerli rəsmilər, nifrətdən irəli gələn cinayətlərin qurbanları və Amerikada müxtəlif irqi azlıqlar və icmaların üzvləri də iştirak ediblər.
Nyu-Yorkda Asiya mənşəli amerikanlar qrupunun sədri Con Çon ABŞ hökumətinin bu ölkədə asiya mənşəlilərə qarşı nifrətdən doğan cinayətlərin artması qarşısındakı hərəkətsizliyini tənqid edib.
Təkcə ötən həftədə Nyu-Yorkda asiya mənşəlilərə qarşı nifrətdən doğan bir neçə zorakı hadisə barədə məlumat verilib.
Amerikada koronavirus epidemiyasının əvvəlindən bəri bu ölkənin sabiq prezidenti Donald Tramp dəfələrlə Çini ittiham edərək, koronavirusu «Çin virusu» və ya «Uhan virusu» adlandırdı ki, bu da ekstremist qrupların asiya mənşəli amerikalılara qarşı zorakılıq dalğasının formalaşmasına gətirib çıxardı.