Apr 07, 2021 13:32 Asia/Baku
  • Rusiya və Ermənistanın müdafiə naziri Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

 “RİA Novosti” -ə istinad edən SəhərAzəri xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

 Bildirilib ki, ordu generalı Sergey Şoyqu erməni həmkarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki vəziyyətin tənzimlənməsini, habelə qarşılıqlı maraqları əks etdirən başqa məsələləri müzakirə ediblər.

 

Teqlər