Apr 09, 2021 09:53 Asia/Baku
  • Bitkoin ABŞ dollarını hədələmək üçün Çinin çox güclü silahıdır

Bir amerikan milyarder deyib ki, Çin bitkoindən ABŞ dolları üçün ciddi bir təhdid kimi istifadə edir.

SəhərAzəri xəbər verir ki, PayPal şirkətinin təsisçisi, investor Piter Til deyib: Çin hökuməti bitkoindən dolları təhdid etmək və sərhədlərdən kənarda Amerikanın maliyyə siyasətlərini zəiflətmək üçün bir vasitə kimi istifadə edir.

O, sonra deyib: Pekin hətta avrodan daha çox istifadə etməklə dünya bazarlarında dolları zəiflətmək niyyətindədir.

Virtual valyutalarda mühüm investorlardan olan Til deyib: Çin virtual valyutaları yaymaq və investisiya ardınca olarkən onun başlıca məqsədi, dünya bazarlarında dolların yerini zəiflətməkdir.

O, sonra deyib: Çin rəsmiləri Amerikanın dollardan bir valyuta ehtiyatı kimi istifadə etməkdə davam etməsini istəmirlər, zira neftn və ona bənzər məhsulların təqdimində güclü bir vasitə kimi ondan kömək alır.

Til vurğulayıb ki, hətta Çin dolların dəyərini zəiflətmək üçün neft ticarəti tərzini də dəyişdirməyə çalışır.

O, deyir: Məncə, avro da bu ölkənin dollarla qarşılaşmaq üzrə silahının bir hissəsidir. Təəssüflər olsun ki, ötən onilliklərdə avro dollar qarşısında öz rolunu yaxşı şəkildə oynaya bilmədi. Amma çinlilər öz valyuta ehtiyatları zənbillərinə avronu da əlavə etməklə dollar qarşısında dayanmaq ardıncadırlar.

Bu milyarder bu qənaətdədir ki, Çin öz pul vahidi olan yuandan valyuta ehtiyatı kimi istifadə etmək istəmir. Zira öz darvazalarını daha çox sərmayə cəzb etmək üçün açıq qoymaq istəyir.

O, vurğulayıb ki, Çin daima dolların dəyərini zəiflətmək ardıncadır və bu arada bitkoin və virtual valyutalar bu ölkə üçün ən yaxşı silah ola bilərlər.

Teqlər